Millimiz Çinə məğlub oldu

İtaliyada qadın voleybolçular arasında dünya çempionatı davam edir. Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün turnirdə ikinci matçını keçirib. İlk görüşündə Yaponiya yığmasına 3:2 hesabı ilə qalib gələn komandamız bu dəfə digər Asiya təmsilçisi Çin millisi ilə üz-üzə gəlib. Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb - 0:3. Qrupumuzun digər görüşlərində isə Belçika Yaponiya ilə, Puerto-Rika Kuba ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi iki oyundan sonra 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31