AZAL "İnter"lə oyuna hazırlaşır
24 Sentyabr 2014 19:40 İdmanAzərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"lə qarşılaşacaq AZAL şənbə günü keçiriləcək oyuna hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqlər "AZAL Arena"da keçirilir. Məşqçi heyəti futbolçuların həm fiziki, həm də taktiki-texniki hazırlığını yüksəltmək üzərində işləyir. Bu gündən başlayaraq gündə bir məşq olacaq. Komandanın heyətində zədəli futbolçu yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31