Noyer 100-ə çatdı
24 Sentyabr 2014 19:10 İdman"Bavariya"nın qapıçısı Manuel Noyer üçün Almaniya bundesliqasında dünən keçirilən "Paderborn"la matç əlamətdar olub. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper bu görüşdə bundesliqada Münhen təmsilçisinin heyətində 100-cü oyununa çıxıb.
Qeyd edək ki, "Bavariya" - "Paderborn" qarşılaşması meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, M.Noyer 2011/2012 mövsümünün sonunda "Şalke"dən "Bavariya"ya transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31