"Borussiya"nın futbolçusu Mats Hummels yaşıl meydanlara qayıtmağa hazırlaşır. Milli.Az qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi zədəsini sağaldıb. Onun bu həftəsonu Almaniya bundesliqasında "Ştuttqart"la matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin futbolçusu M.Hummels "DÇ-2014"də zədələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31