Ronaldunu Maykl Cordana tay tutdular
24 Sentyabr 2014 15:02 İdmanLa Liqanın 5-ci turunda öz meydanında "Elçe"ni qəbul edən "Real Madrid" 5-1 hesablı qələbə qazandı. Ronaldu bu matçda pokerə imza atmaqla yenidən diqqətləri üzərinə çəkib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyun sonrası keçirilən mətbuat konfransında "Elçe"nin çalışdırıcısı Fran Eskriba Ronaldunu keçmiş NBA ulduzu Maykl Cordanla müqayisə edib. "Ronaldu qeyri-adi bombardirlik istedadına malik olan oyunçudur. Onun məhsuldarlığı hər oyunda 50 xal toplayan Maykl Cordanda olduğu kimidir. "Real Madrid" oyunda 2 penalti də vurdu. Amma onların bunlara tamamilə ehtiyacı yox idi. Bizim üçün isə çox çətin matç oldu. "Barcelona" ilə görüşdə olduğu kimi rəqibə qarşı heç nə edə bilmədik. Məqsədimiz daha güclü çıxış etdiyimiz ev oyunlarında xallar qazanmaqdır".