UEFA final oyunlarının məkanını açıqladı
19 Sentyabr 2014 13:16 İdman2015/2016 mövsümündə avrokubokların final oyunlarının keçiriləcəyi məkanlar müəyyənləşib. Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının həlledici görüşünə Milan ev sahibliyi edəcək. Mayın 28-də oynanılacaq qarşılaşma "San Siro" stadionunda keçiriləcək. Avropa Liqasının finalı isə İsveçrənin "Sent Yakob Park" stadionunda oynanılacaq. UEFA Superkuboku isə avqustun 9-da Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma isə "Lerkendal" stadionunda oynanılacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31