Milli Tərcümə Forumu keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən  sentyabrın 30-da "Hilton Bakı" otelində "Azərbaycanda Tərcüməçi hazırlığı" mövzusunda 2-ci Milli Tərcümə Forumu keçiriləcək. GİN-dən "OLAYLAR"-a bildirilib ki, Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində yer alan 2-ci Milli Tərcümə Forumunda 200 nəfərdən yuxarı tərcüməçi, dilçi, beynəlxalq və yerli təşkilatların, eləcə də dövlət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edəcək. Bu  il keçiriləcək forum Azərbaycanda tərcüməçi hazırlığı mövzusuna əsas diqqət yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31