"Avro-2020" Bakıda ola bilər
Bu gün “Avro-2020”ni qəbul edəcək şəhərlərin adları açıqlanacaq
19 Sentyabr 2014 11:11 İdmanBu gün Cenevrədə futbol üzrə "Avro-2020"nin oyunlarını qəbul edəcək şəhərlərin adları açıqlanacaq.Məlumata görə, UEFA-nın İcraiyyə Komitəsinin üzvləri Bakı vaxtilə saat 15:00-da buna aydınlıq gətirəcəklər."Avro-2020"nin oyunlarına Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Münxen (Almaniya), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiffin (Uels) namizədliyi irəli sürülüb.Bu şəhərlərdən yalnız 13-ü çempionatın oyunlarını qəbul edəcək.