"Qarabağ" qələbə qazana bilmədi
Oyun heç-heçə başa çatıb
19 Sentyabr 2014 10:15 İdmanDünən Avropa Liqasında yeni mövsümə start verilib.ANS PRESS-in məlumatına görə, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başladı.48 komandanın 12 qrupda mübarizə apardığı yarış start götürdü. "Qarabağ" isə ilk görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirdi. Ağdam klubu ilə Fransanın "Sent-Etyen" komandası arasında keçirilən oyun qarşılıqlı hücumlarla yadda qaldı.İkinci hissədə "Qarabağ" rəqibi qarşısında tamamilə üstünlük əldə etsə də topu qapıdan keçirə bilmədi.Oyun heç-heçə başa çatdı - 0:0. Beləliklə, "Qarabağ" qrup mərhələsinə 1 xalla başladı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31