Zidanın məşqçi lisenziyası olmayıb?
18 Sentyabr 2014 19:25 İdman"Real"ın ikinci komandası - "Kastilya"nın baş məşqçisi Zinəddin Zidan ciddi problemlə üzləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İspaniya Futbol Federasiyası məşqçi lisenziyası olmadığı iddia edilən fransalı mütəxəssis haqda araşdırmalara başlayıb. Əgər bu iddia təsdiqini taparsa, o zaman həm Zidan, həm də "Real" cəzalandırılacaq.
Qeyd edək ki, bu cür hadisələr zamanı baş məşqçiyə ən azı 4, ən çoxu isə 20 oyunluq cəza tətbiq edilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31