Xanım azarkeşlər “Qarabağ”ın fan-klubunu yaratdılar
18 Sentyabr 2014 19:20 İdmanBir qrup xanım azarkeş "Qarabağ"a dəstək məqsədilə fan-klub yaradıb. Bu haqda Qol.Az saytına klubun yaradıcısı, tanınmış telejurnalist Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, fan klub "Ladys "Qarabag" adlanacaq. "Qarabağın rəmzi olan "Qarabağ"ı dəstəkləmək hər birimizin borcudur. Fan klubun yaradılması ideyasını dəstəklədiyinə görə "Qarabağ"ın rəhbərliyinə təşəkkür edirik" - deyə G.Yelmarqızı bildirib.
Qeyd edək ki, "Qarabağ"ın xanım azarkeşləri fan klub kimi komandalarına ilk dəstəyini bu gün Tofiq Bəhramov adına Respublika stadionun "Sent-Etyen"ə qarşı keçiriləcək Avropa Liqasının qrup oyununda nümayiş etdirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31