Reynaldo milliləşdirilir
AFFA rəsmisi məsələyə münasibət bildirib
5 Sentyabr 2014 15:42 İdmanAFFA "Qarabağ" klubunun braziliyalı futbolçusu Reynaldonun Azərbaycan yığmasına cəlb olunmasına münasibət bildirib. Anspress-in apasport.az saytına istinadən yaydığı məlumata görə, assosiasiyanın baş katibi Elxan Məmmədov milliləşdirilməsi gündəmə gələn braziliyalı ilə bağlı fikirlərini açıqlayıb. "Biz Reynaldonun milliləşdirilməsini istərdik. Amma 2008-ci ildə qərar qəbul etmişik ki, yığmada legioner yox, ancaq etnik azərbaycanlılar oynasın. Təəssüf ki, Reynaldonun Azərbaycanla bağlılığı yoxdu" - deyə, baş katib bildirib. Məmmədov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Reynaldo ilə danışıq aparmaq istəyirlər: "Bu barədə FİFA-ya müraciət edəcəyik. Reynaldo və "Qarabağ"la danışacağıq. Ola bilər ki, Reynaldo başqa xarici klubda oynasın və Azərbaycana millisinə sonradan gəlməsin. Bu məsələləri onunla dəqiqləşdirmək lazımdır".