Braziliya millisində yeni kapitan - Neymar

Braziliya millisinin futbolçusu Neymar Kolumbiyaya qarşı yoldaşlıq matçında kapitanlıq sarğısı daşıyacaq. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə millinin baş məşqçisi Karlos Dunqa jurnalistlərlə söhbətində deyib. O bildirib ki, komandanın əsas kapitanı Tiaqo Silva zədə səbəbindən heyətə daxil edilməyib: "Buna görə də Kolumbiya ilə matçda komandanın kapitanı Neymar olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31