Ginnesin rekordlar kitabına düşən qol VIDEO

"Stok Siti" klubunun qapıçısı Asmir Beqoviç ötən ilin noyabr ayında "Sauthempton"la Premyer Liqa görüşündə vurduğu qolla Ginnesin rekordlar kitabına düşüb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bosniyalı qolkiperin 91,9 metrdən fərqləndiyi qol dünyanın ən uzaq məsafədən vurulan qolu kimi tarixə düşüb. Bununla bağlı klubun rəsmi saytına danışan Beqoviç belə deyib: Belə bir rekord müəyyənləşdirdiyim üçün qürur duyuram. Ancaq həmin vaxt topa zərbə endirərkən qol olacağı haqda düşünməmişdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31