“Neftçi” rəhbərliyində yeni təyinatlar oldu
4 Sentyabr 2014 19:15 İdmanBu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Qol.Az-ın xəbərinə görə, iclasda klubun rəhbərliyinə təyinatlarla bağlı qərarlar verilib. "Neftçi"nin saytı yazıb ki, klubun vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq "Neftçi" PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb. Elnur Şükürov (Elnur Əşrəfoğlu) isə klub prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu qərarla indiyədək klubda vitse-prezident olan Tahir Süleymanovun "Neftçi"dəki işinə rəsmən nöqtə qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31