Millimizin oyununda azarkeşlərin azlığına Kapellodan reaksiya
4 Sentyabr 2014 19:10 İdmanRusiya millisinin baş məşqçisi Fabio Kapello dünən Azərbaycanla oyuna çox az sayda azarkeşin gəlməsinə münasibət bildirib. Qol.Az-ın "Sport-ekpsress"ə istinadən yaydığı xəbərə görə, Kapello qeyd edib ki, bu məsələdə problem Rusiya millisində yox, bütövlükdə Rusiya futbolundadır. "Biz azarkeşləri stadiona oz oyunumuzla gətirməliyik" - deyə o qeyd edib. Xatırladaq ki, dünən keçirilən Rusiya - Azərbaycan oyununu Moskvadakı "Ximki Arena" stadionunda cəmi 3500 azarkeş izləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31