Berti Foqts Azərbaycan milli komandasına yeni futbolçu gətirdi

Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts "Qarabağ" futbol klubunun oyunçusu Tərlan Quliyevi yığmaya dəvət edib. O, sentyabrın 5-dən etibarən millinin təlim-məşq toplanışında iştirak edəcək. Qeyd edək ki, millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31