Bakıdan İrəvana dəvət
Bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib
4 Sentyabr 2014 15:07 İdman"Bakı 2015 Avropa Olimpiya Oyunları ilə bağlı Ermənistana dəvətnamə göndərmişik". ANS PRESS-in məlumatına görə, bu barədə gənclər və idman naziri, BAOƏK-baş icraçı direktoru Azad Rəhimov deyib. O bildirib ki, bütün Avropa ölkələrinə Avropa Olimpiya Oyunları ilə bağlı dəvətnamə göndərilib: "Bütün iştirakçılara qarantiya verilib, həmçinin Ermənistana. Dəfələrlə erməni idmançılar Azərbaycanda, həmçinin azərbaycanlı idmançılar Ermənistandakı yarışlarda iştirak ediblər. İdman sahəsində idmançılara he bir məhdudiyyət yoxdur. Biz hələ də cavab gözləyirik". Azad rəhimov qeyd edib ki, biz hələ də ümid edirik ki, Ermənistan Olimpiya komitəsindən bu məsələyə cavab alacağıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31