Respublika stadionunun bərbad vəziyyətə daşməsinin səbəbi açıqlandı
Nazir qeyd edib ki, stadionla bağlı bu problem tezliklə aradan qalıdırılacaq
4 Sentyabr 2014 15:06 İdmanPasport "Avrovizion mahnı müsabiqəsi keçirilən zaman Tofiq Bəhrəmov adına stadionun ortasında betondan səhnə hazırlanmışdı. Bu meydançanın ot örtüyünə mənfi təsir edib". Anspress-in məlumatına görə, bu barədə Gənclər və idman naziri, BAOƏK-baş icraçı direktoru Azad Rəhimov deyib. O qeyd edib ki, bu addım mahnı müsabiqəsində baş verə biləcək hər hanmsı problemdən sığortalamaq üçün atılmışdı: "Ancaq bu ikinci varianta sonradan ehtiyac olmadı. Bu gün stadionun ot örtüyündə yaranan problem bununla bağlıdır. Biz gördük ki, oradakı qum və beton səbəbi ilə ot örtüyü saralıb. Bunun üçün də qərar verdik ki, bütün stadionun ot örtüyü dəyişdirilsin". Nazir qeyd edib ki, stadionla bağlı bu problem tezliklə aradan qalıdırılacaq.