Milli komandamız Polo üzrə “Dünya Kuboku”na hazırdır

Azərbaycan Respublikası Atçılıq Federasiyası Polo üzrə Bakıda keçirilmiş "1-ci Dünya Kuboku"ndakı böyük uğurundan sonra 5-7 Sentyabr tarixlərində, "Binə Atçılıq Mərkəzi"nin tamamilə yeni inşa olunmuş Polo Arenasında 2-ci tarixi yarışı təşkil edəcək. Polo üzrə Bakıda keçiriləcək 2-ci "Dünya Kuboku"unda Azərbaycanla yanşı Argentina, ABŞ və Avropa olmaq üzrə dörd peşəkar komanda iştirak edəcək. Komandalar dünya şöhrətli Chopard, Maserati, Baltika 7 və Embawood brendlərini eləcə də digər sponsorlarını təmsil edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31