"Neftçi"nin sabiq hücumçusu Hollandiya klubunda

"Nefçi" ilə yolları ayıran Melvin Platyeni yeni klubu müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hollandiyalı hücumçu karyerasını ölkəsinin birinci liqa təmsilçisi "Venlo"da davam etdirəcək.  25 yaşlı futbolçu Hollandiya klubu ilə bir illik müqavilə imzalayıb. Xatırladaq ki, "Neftçi" bu yay M.Platye ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31