"Bu mövsüm rekord qıracam" - Ronaldo

"Real"ın futolçusu Kriştiano Ronaldo iddialı açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, bu mövsüm həm Çempionlar Liqasını, həm də İspaniya La Liqasını kubokunu qazanmaq istəyirlər. 2011/2012 mövsümündə La Liqada oynadığı 38 matçda 46 qol vuraraq tarixə keçən portuqaliyalı hücumçu deyib ki, cari mövsüm həmin rekordu qıracaq: "Bunun çətin olacağını bilirəm. Ancaq rekord qıracağıma inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31