Almaniya "Avro-2020"dən imtina etdi
3 Sentyabr 2014 19:30 İdmanAlmaniya "Avro-2020"nin final və yarımfinal matçlarına ev sahibliyi etməkdən imtina edib, bu səbəbdən namizədliyini geri götürüb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Almaniya Futbol Federasiyasının baş katibi Helmut Sandrok "Sportbild" dərgisinə müsahibəsində deyib. O bildirib ki, "Avro-2024"ün Almaniyada təşkil olunması üçün belə bir addım atıblar. Beləliklə, "Avro-2020"nin yarımfinal və final matçılarını qəbul etməyə əsas namizədlərdən biri İngiltərə olub. H.Sandrukun sözlərinə görə, İngiltərə də "Avro-2024"də namizədliyini irəli sürməyəcək və Almaniyaya dəstək verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31