"Qarabağ"ın rəqibində ciddi itki – kapitan Bakıda oynamayacaq

"Qarabağ"ın Avropa Liqasın qrup mərhələsindəki rəqibi "Sent-Etyen" klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının pley-off mərhələsində "Karabükspor"la matçda zədələnən komandanın kapitanı Loik Perrin tibbi müayinədən keçib. Onun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, L.Perrin Bakıda "Qarabağ"la oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" və "Sent Eyten" komandaları arasında Bakıdakı matç sentyabrın 18-i, cavab qarşılaşması isə noyabrın 27-i Fransada keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31