"İnter" yoxlama matçı keçirəcək

Azərbaycan millisinin yoldaşlıq və seçmə mərhələ oyunları ilə əlaqdər Premyer Liqada yaranmış fasilədən istifadə edərək "İnter" klubu yoxlama matçı keçirməyi planlaşdırır. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Kaxaber Sxadadzenin komandası "Sumqayıt"la oynayacaq. Qarşılaşma "Bakı" klubunun təlim-məşq bazasında baş tutacaq. Oyun saat 18:00-da başlanacaq. Xatırladaq ki, cari mövsümdə bu komandalar Premyer Liqanın 3-cü turu çərçivəsində üz-üzə gəlmiş və "İnter" rəqibini 5:1 hesabı ilə məğlub etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31