"Azərbaycana qələbə üçün gedəcəyik"

"Komandada bəzi zədəli futbolçuların olması bizə problem yara bilər. Lakin Azərbaycanda qələbə qazanacağımıza ümid edirik". Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin yarımmüdafiəçisi Georgo İliyev ölkəsinin mətbuatına açıqlamasında deyib. Sentyabrın 9-da "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında millimizlə qarşılaşacaq Bolqarıstan yığmasının 32 yaşlı futbolçusu Azərbaycanın çətin rəqib olduğunu bildirib: "Biz hansısa rəqibi qiymətləndirməyəcək komandalardan deyilik. Bakıya 3 xal üçün gedəcəyik. Azərbaycan millisi çətin rəqibdir. Buna görə də onları yaxşı analiz etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31