İspaniya millisinin yeni “7”si və “8”i
"Atletiko"nun futbolçuları Xavi və Vilyanın formasını seçdi
3 Sentyabr 2014 19:05 İdmanİspaniya millisində bəzi futbolçuların forma nömrələrində dəyişiklik olub. Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Koke bundan sonra millidəki karyerasını başa vuran Xavinin də geyindiyi 8 nömrəli forma ilə çıxış edəcək. Raul Qarsiya isə komandanın sabiq hücumçusu David Vilyanın 7 nömrəli formasını geyinəcək.
Qeyd edək ki, Xavi və D.Vilya DÇ-2014 başa çatdıqdan sonra millidəki karyeralarını başa vurublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31