Millimizin oyunu canlı göstərilməyəcək
3 Sentyabr 2014 17:07 İdman21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyunu televiziya vasitəsilə canlı göstərilməyəcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün saat 19:00-da "Dalğa Arena"da keçiriləcək qarşılaşma yalnız bu gün saat 22:00-da "İdman Azərbaycan" telekanalında nümayiş olunacaq.
Qeyd edək ki, buna səbəb adıçəkilən telekanalda saat 20:00-da Rusiya - Azərbaycan oyununun göstərilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31