Nazir Avropa Şurası baş katibinin müavini ilə görüşüb
3 Sentyabr 2014 16:37 İdmanGənclər və idman naziri Azad Rəhimov Avropa Şurası Baş Katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüş çərçivəsində nazir Azad Rəhimov 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumatlar verib. Eyni zamanda, nazir Azərbaycan Respublikasının Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb. Bununla yanaşı, 1-5 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək Avropa Şurasının "Nifrət nitqinə yox" kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərdə Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib. Sentyabr ayında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının İdmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.