Yığmamız İsraillə üz-üzə

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamızın mübarizə apardığı 8-ci qrupda iki qarşılaşma keçiriləcək. Son ev oyununda meydana çıxacaq Bernard Lippertin yetirmələri qrupda 2-ci pillədə qərarlaşan İsrail yığmasını "Dalğa Arena"da qonaq edəcəklər.

Qeyd edək ki, millimiz İsraillə səfər oyunda 2:7 hesablı məğlub olmuşdu.

Avropa çempionatının seçmə oyunu

8-ci qrup

3 sentyabr

19:00. Azərbaycan - İsrail

Hakimlər: Andris Treymanis, Aleksey Spasionikov, Raymonds Tatriks, Vitali Spasionnikov (hamısı Latviya)
Hakim-inspektor: Konrad Plautz (Avstriya)
UEFA nümayəndəsi: Volf Günter Vizel (Almaniya)
Bakı. "Dalğa Arena" stadionu
 

 
Yer
Komandalar
O
Q
H
M
T/F
Xal
1
Portuqaliya
6
6
0
0
17-4
18
2
İsrail
6
4
0
2
20-11
12
3
Norveç
7
3
0
4
10-17
9
4
Makedoniya
7
1
1
5
3-11
4
5
Azərbaycan
6
1
1
4
5-12
4
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31