"Real"da ciddi itki

"Real" ciddi itki ilə üzləşib. Qol.Az-ın "Marca" qəzetinə istinadən yaydığı xəbərə görə, Sami Xedira Almaniya millisi ilə məşq zamanı zədələnib. Bu səbəbdən o, Argentina millisi ilə oyun üçün heyətdən çıxarılıb. S.Xediranın 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, S.Xediranın yay transferi pəncərəsində "Real"dan ayrılacağı gözlənilsə də, o, Madrid klubunda qalmağa qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31