"Ronaldoya görə "Real"da qalmışdım" - di Mariya
2 Sentyabr 2014 19:10 İdman"Mançester Yunayted" klubunun yeni transferi Anxel di Mariya maraqlı fikirləri ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, ESPN-ə danışan argentinalı futbolçu ötən mövsüm sabiq komanda yoldaşı Kriştiano Ronaldonun israrı sayəsində "Real"da qaldığını bildirib: "Düzünü desəm, ötən mövsüm Ronaldo sayəsində "Real"da qaldım. Onunla çox yaxşı dostluğumuz var. "Real"dan yaxşı şəkildə ayrıldığımı düşünürəm. "Mançester Yunayted"ə gəlincə mənim üçün tələb olunan məbləği ödədikləri üçün onlara təşəkkür edirəm. Premyer Liqanın ən bahalı transfer olmağım üzərimdə təzyiq yaratmayacaq. Premyer Liqa fiziki gücün ön plana çıxdığı çempionatdır. Baş məşqçi Lui van Qal məndən tezliklə komandaya uyğunlaşmağımı istədi".
Qeyd edək ki, di Dariya 75 milyon avro müqabilində "Real"dan "Maneçster Yunayted"ə transfer olunub.