Ronaldo "Mançester Yunayted"də hansı nömrə altında çıxış edəcək?
Kriştiano Ronaldonun "7" rəqəmi ilə bütünləşdiyi hər kəsə məlumdur. Lakin hazırda "Mançester Yunayted"də bu nömrə altında Edinson Kavani çıxış edir
28 Avqust 2021 18:46 İdmanKriştiano Ronaldonun"7" rəqəmi ilə bütünləşdiyi hər kəsə məlumdur. Lakin hazırda "Mançester Yunayted"də bu nömrə altında Edinson Kavani çıxış edir.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, uruqvaylı hücumçu komandadan ayrılarsa, Kriştiano "7" nömrədən istifadə edə biləcək. Lakin Kavaninin "qırmızı şeytanlar"da qalacağı gözlənilir. Bundan əlavə, Ronaldonun əvvəllər geyindiyi "9" nömrəni də Antoni Marsiyal geyinir.
Beləliklə, Ronaldo üçün bu nömrələr uyğundur: 12, 15, 24, 30, 31, 33, 35.
Qeyd edək ki, 36 yaşlı hücumçu karyerasına başladığı "Sportinq"də və Ser Aleks Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"ə transfer olduğu ilk dönəmlərdə "28" nömrəni kürəyində daşıyıb.