Türkiyə Super Liqasının 26-cı turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaça" derbisinin başlama saatı dəyişib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanın Bakı vaxtı ilə əvvəl 21:00-da oynanılması nəzərdə tutulmuşdu.Yeni qərara əsasən, nəhənglər 22:00-da üz-üzə gələcəklər.
Qeyd edək ki, "Türk Telekom Arena"da keçiriləcək oyun martın 10-da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31