Olimpiya çempionumuz döşəyə çıxa bilmədi
9 Mart 2016 18:02 İdmanLatviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş millisi ciddi itki ilə üzləşib. Report bildirir ki, 97 kq çəki dərəcəsində yer alan Şərif Şərifov bu gün səhər məşqində zədələnib. Qolunda ağrılar hiss edən 28 yaşlı idmançı heyətdən çıxarılıb. Nəticədə Şərifovun belaruslu İvan Yankovski ilə görüşü baş tutmayıb. Yankovski birbaşa 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Şərif Şərifov dünya (2011) və olimpiya (2012) çempionudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31