Gürcüstanda azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini, 19 yaşlı Lamiyə Allahverdiyeva bədbəxt hadisə nəticəsində həyatını itirib.

Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ailənin yaşadığı evdə, mətbəxdə qaz sızması səbəbindən baş verən partlayış zamanı qeydə alınıb.

Partlayış nəticəsində ağır yanıq xəsarətləri alan gənc qız dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Lamiyə Allahverdiyeva 12 gün davam edən müalicədən sonra aldığı ağır xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tiflisdə yerləşən İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin "Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı" ixtisası üzrə təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31