Bakıda 4 nəfər dənizdə batdı
16:17 HadisəBakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə dörd nəfər batıb. "Olaylar" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31