Mingəçevirdə dava: 35 yaşlı kişi öldürüldü

Mingəçevirdə kafelərdən birinin qarşısında baş verən mübahisə faciə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə iyunun 22-də gecə saatlarında şəhər ərazisində yerləşən iaşə obyektlərindən birinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, 51 yaşlı Rafiq Məmmədovla 35 yaşlı Tural Bəhrəmli arasında yaranan mübahisə davaya çevrilib.

Münaqişə zamanı R.Məmmədov T.Bəhrəmliyə müxtəlif xəsarətlər yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31