Gəncədə evdə 16 yaşlı yeniyetmənin meyiti tapılıb

Gəncədə evdən meyit tapılıb.Apa  xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31