Lənkəranda şəlalədə faciə: Bir nəfər batıb
20:50 HadisəFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31