Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
16:05 HadisəXəbər verdiyimiz kimi, Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki,yaxın saatlar ərzində ölkəmizdə zəif də olsa afterşoklar gözlənilir.
Onun sözlərinə görə, Qəbələdə baş verən zəlzələ bir çox rayonlarda hiss edilib.
"Lakin Bakı şəhərində zəlzələ hiss edilməyib. Azərbaycanda hər gün müxtəlif sayda yeraltı təkanlar qeydə alınır. Bu da təbii prosessdir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31