Xırdalanda Dost Mərkəzi yanır
13:05 HadisəAbşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.Milli.Az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Qeyd edək ki, keçən ilin avqust ayında da həmin Mərkəzdə yanğın olub.Fövqəladə Hallar Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31