Mənzildən müəllimlə məktəbli oğlunun meyitləri tapıldı
16:45 HadisəBakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.
20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.
İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub./qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31