Bakıda 2 yaşlı uşaq 8-ci mərtəbədən yıxıldı - Sağ qaldı
11:58 HadisəBakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb.
O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb.
Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31