Dövlət sərhədini pozmağa cəhd göstərən nigeryalı saxlanılıb
11:17 HadisəDövlət sərhədini pozmağa cəhd göstərən nigeryalı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31