Naxçıvanın Ordubad rayonunda ayı gənc oğlana hücum edib.
Bu barədə görüntüləri hücuma məruz qalan şəxs özü sosial şəbəkədə yayıb.
Məlumata görə, gənc oğlan Ordubad dağlarında olarkən gözlənilməz sürprizlə qarşılaşıb. Sıx yaşıllığın arasında olan ayı qəfil dağda gəzən oğlana hücum edib. Həmin anları telefona çəkən şəxs qaçaraq xilas olmağı bacarıb. /Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31