Ruslan Eyyubov həbsdən azad edildi

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.

"Qafqazinfo"  xəbər verir ki, o, ev dustaqlığına buraxılıb.

Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb. 

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31