Sabirabadda yol qəzası azyaşlının ölümü ilə nəticələndi
18:56 HadisəSabirabad piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 17:00 radələrində rayonun Şıxsalahlı kəndi ərazisindən keçən magistral avtomobil yolunda baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobil 2016-ci il təvəllüdlü Məmmədli Hüseyn Sarvan oğlunu vurub.
Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31