Sumqayıtda yaşayış binasında partlayış olub
07:22 HadisəSumqayıtda yaşayış binasında partlayış baş verib.
Qafqazinfo xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala əsasən, partlayışa qaz sızması səbəb olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, hadisənin başvermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31