Azərbaycanda məşhur bazarın fəaliyyəti dayandırıldı
15:00 Hadisə"Eurohome" tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome" tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome" tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31